• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Stramer Ərdoğana niyə ZƏNG ETDİ

DÜNYA

01 Mart 2025 | 11:25

Stramer Ərdoğana niyə ZƏNG ETDİ

Böyük Britaniyanın baş naziri Key Starmer Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Starmer ABŞ-a son səfərindən və Avropanın təhlükəsizliyini qorumaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığın vacibliyindən danışıb.

Ukraynadakı müharibəni müzakirə edən baş nazir Britaniyanın Rusiya təcavüzünün qarşısını almaq üçün lazım olan müddət ərzində Kiyevi dəstəkləmək öhdəliyini təsdiqləyib.

Baş nazir daha sonra bazar günü Londonda keçirməyə çağırdığı liderlər zirvəsi ilə bağlı məqsədlərini açıqlayıb və Türkiyənin xarici işlər nazirinin bu danışıqlarda iştirakını səbirsizliklə gözlədiyini söyləyib.

"Liderlər əlaqə saxlamağa razılaşıblar", - deyə məlumatda bildirlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026