• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Zelenski Trampla danışıqları erkən TƏRK EDİB - VİDEO

DÜNYA

28 Fevral 2025 | 23:21 | Müəllif: Subhan Mahmudov

Zelenski Trampla danışıqları erkən TƏRK EDİB - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla gərgin danışıqlardan sonra Oval kabineti erkən tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” Ağ evin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın dövlət başçısı ABŞ-dən olan həmkarı ilə işgüzar nahar etməli idi və hər iki lider birgə mətbuat konfransı zamanı minerallar üzrə saziş imzalamağa hazırlaşırdılar.

Lakin Zelenskinin zirehli yolsuzluq avtomobili Trampın “Truth Social”dakı paylaşımından bir neçə dəqiqə sonra qəfildən Ağ evin Qərb Qanadının qapısına yaxınlaşıb.

Agentlik qeyd edib ki, hazırda danışıqların qrafikində heç bir dəyişiklik olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026