Roma Papası Fransisk süni tənəffüs aparatına qoşulub.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ikitərəfli pnevmoniya ilə mübarizə aparan Papa nəfəstutması keçirib və süni tənəffüs aparatına qoşulub.
88 yaşlı papanın vəziyyətinin ağır olduğu bildirilir.