• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Ərdoğan Starmerlə Rusiya – Ukrayna müharibəsini müzakirə edib

DÜNYA

28 Fevral 2025 | 23:35

Ərdoğan Starmerlə Rusiya – Ukrayna müharibəsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığında Rusiya – müharibəsini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin məbuat xidməti məlumat yayıb.

“Prezident Ərdoğan İngiltərə Baş naziri Key Starmer ilə telefon danışığı aparıb”, – mətbuat xidməti diqqətə çatdırıb.

Qeyd olunub ki, tərəflər Ankara ilə London arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Prezident Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə ədalətli və davamlı sülhün bərqərar olması ilə Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə sona çatması üçün səy göstərir”, – məlumatda qeyd olunub.

Bundan başqa, Türkiyə lideri ölkəsinin “indiyədək etdiyi kimi, danışıqlara ev sahibliyi etmək də daxil olmaqla, sülhü asanlaşdırmaq üçün lazım olanı etməyə hazır” olduğunu vurğulayıb.


SON XƏBƏRLƏR

28 Fevral 2025