• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Avtomobildən 124 min pul oğurlayan şəxsi polis saxladı

CƏMİYYƏT

28 Fevral 2025 | 18:10

Avtomobildən 124 min pul oğurlayan şəxsi polis saxladı

Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkən paytaxt sakini polisə müraciət edərək gecə saatlarında avtomobilinin yük yerindən 90 min manat və 20 min dollar nağd pul vəsaitinin oğurlandığını bildirib. 

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən, əvvəllər dəfələrlə məhkum edilmiş 52 yaşlı Fikrət Cəfərov saxlanılıb.

Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

28 Fevral 2025