ABŞ Dövlət Departamenti İsrailə yeni silah satışını təsdiqləyib.
Bakıvaxtı.az bu barədə ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin (DSCA) açıqlamasına istinadla xəbər verir.
Bu çərçivədə Konqresə üç ayrı silah satışı ilə bağlı rəsmi bildiriş göndərilib. Respublikaçıların üstünlük təşkil etdiyi Konqresin bu satışları əngəlləyəcəyi gözlənilmir.
Məlumata əsasən, İsrailə 295 milyon dollar dəyərində çoxlu sayda D9 buldozer və əlaqəli avadanlıq, 2 milyard dollardan çox dəyəri olan müxtəlif bombalar və onların hissələri, 675 milyon dollarlıq mühimmat, güdümlü sistemlər və əlaqəli texnika satışı təsdiqlənib.
Bu, Donald Tramp administrasiyasının bu ay İsrailə verdiyi ikinci silah satışı icazəsidir. Bir neçə həftə əvvəl İsrailə 7,4 milyard dollar dəyərində silah satışına da icazə verilmişdi.
Əli Hüseynov