Ötən il bankların daxili resursları üzrə verilən ipoteka kreditləri bahalaşıb.
Bakıvaxtı.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib.
2024-cü ilin IV rübündə cəmi ipoteka kreditlərinə tələb artıb. Tələbdəki artım İKZF hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən regiondakı layihələr üzrə evlərin kütləvi satışa çıxarılması tələbin artmasına təsir göstərib.
Mərkəzi Bankın 2024-cü ilin IV rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair keçirilmiş sorğunun nəticələrinə əsasən, banklar növbəti rübdə İKZF hesabına verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyini, daxili ipoteka kreditlərinə tələbdə azalma olacağı qənaətindədirlər.