ABŞ Ukraynanın enerji infrastrukturunun bərpasına dəstəyi dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti yanında fəaliyyət göstərən ABŞ Beynəlxalq İnkişaf Agentliyindəki (USAID) mənbələr bildirib.
Mənbələrin bildirdiyinə görə, Dövlət Departamenti Rusiyanın zərbələrindən sonra Ukraynanın enerji sisteminin işini bərpa etmək üçün yüz milyonlarla dollar vəsaitin ayrıldığı USAID proqramını dayandırıb.
“Bu, administrasiyanın atəşkəslə bağlı danışıqlar aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə sarsıdır və Rusiyaya açıq siqnal göndərir ki, Ukrayna və ya əvvəlki sərmayələrimizin aqibəti bizi maraqlandırmır”, - mənbələr deyib.
Onlar qeyd ediblər ki, Rusiya Ukraynada həm hərbi, həm də iqtisadi müharibə aparır.
“USAID-in Ukraynadan çıxması Ukraynanın enerji sistemini qışın şaxtasında Rusiyanın raket hücumlarına qarşı həssas edəcək”, - mənbələr bildiriblər.