• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

“Financial Times”: Tramp Zelenskini aradan götürmək istəyir

DÜNYA

01 Mart 2025 | 14:03

“Financial Times”: Tramp Zelenskini aradan götürmək istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında münasibətlər bərpa olunmayacaq qədər korlandı, indi Rusiya lideri Vladimir Putin sevincdən əllərini ovuşdurur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazıb.

“ABŞ-nin gələcək onilliklər ərzində Ukrayna iqtisadiyyatına marağını gücləndirən faydalı qazıntıların hasilatı sazişinin imzalanması üçün bəhanə kimi irəli sürülən şey iki lider arasında uzun illər gərginlik və etimadsızlığa səbəb kimi görünən acı mübahisəyə çevrildi”, - Britaniya nəşri bildirir.

Mənbə Ağ Evdəki mübahisəni “heç vaxt görmədiyimiz tamaşa” adlandırır və qeyd edir ki, bundan məmnun qalan Putin indi sevincdən əllərini ovuşdurur.

FT həmçinin Zelenski və Tramp arasında mübahisə zamanı Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarovanın göz yaşı içində başını əli ilə necə sıxdığını xatırladır: “Onun əzablı ifadəsi bu sözü deyirdi: münasibətlər çökür”.

Nəşr mübahisənin Zelenskinin Ukraynanın adi bir atəşkəsi qəbul etməyəcəyi və Putinin ona heç vaxt əməl etməyəcəyini deməsi ilə başladığını yazır. Eləcə də FT əlavə edir ki, pusqu üçün zəmin hazırlanıb, Tramp Zelenskini aradan götürmək istəyir.


SON XƏBƏRLƏR

28 Fevral 2025