“Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi islahatlar sayəsində sürətli inkişafa nail olunub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Su şəbəkəsinə qoşulma” işçi qrupunun iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini İlham Bayramov deyib.
Onun sözlərinə görə, ADSEA tərəfindən “Elektron-Su” portal bu informasiya sistemi yaradılıb və informasiya sistemi vasitəsilə su və tullantı sularının idarəetmə sistemlərinə qoşulması tam avtomatlaşdırılıb:
“Əvvəllər vətəndaş ayrı-ayrı qurumlara müraciət edirdi. Amma indi bir sistem vasitəsilə belə məsələlər razılaşdırılır”
Sədr müavini nəzərə çatdırıb ki, artıq bütün İcra Hakimiyyətləri portala qoşulublar.
Mina Mikayılova