• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ-də təyyarə qəzasında sağ qalan olmayıb - Trampdan AÇIQLAMA

DÜNYA

30 Yanvar 2025 | 21:55 | Müəllif: Subhan Mahmudov

ABŞ-də təyyarə qəzasında sağ qalan olmayıb - Trampdan AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda eniş edərkən helikopterlə toqquşan sərnişin təyyarəsinin ekipajının düzgün hərəkət etdiyini bildirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Tramp fəlakətə helikopter pilotunun səbəb olduğunu deyib.

“American Airlines təyyarəsi eniş etmək üçün yaxınlaşırdı. Hər şeyi düzgün edirdi. Nədənsə orada eyni hündürlükdə olan bir helikopter var idi. Görünür, toqquşma anında onlar təxminən eyni hündürlükdə olublar. Səs yazılarına qulaq asdım.Bu, dəhşətli idi", - deyə Tramp qeyd edib.

O, həmçinin qeyd edib ki, Vaşinqton səmasında təyyarə ilə helikopterin toqquşması nəticəsində sağ qalan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026