“CBS News” telekanalı Ukrayna prezidenti Volodimir Zelenskinin dünən ABŞ lideri Donald Tramp və vitse-prezident Cey Di Vens ilə mübahisəsinin bəzi pərdəarxası təfərrüatlarını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatda Ukrayna rəsmilərinin Ağ Evlə əlaqə saxlayıb, sövdələşməni yoluna qaytarmağa çalışdığı bildirilib.
“Ukrayna rəsmiləri Ağ Evlə əlaqə saxlayıb, sövdələşməni yoluna qaytarmağa çalışırlar. Lakin onlara hələlik bunun baş verməyəcəyi bildirilib. Mənbələr Trampın Zelenski ilə söhbəti davam etdirmək belə istəmədiyini bildirib. Rubio və Uolts Zelenskidən getməyi xahiş etdikdə, açıq şəkildə bildiblər ki, gələcək görüşlər faydasız olacaq. Uolts Zelenskini böyük bir səhv etməkdə və Ukrayna ilə ABŞ-a zərər verməkdə ittiham edib.
Zelenskinin hərbi təminatlar tələbi ilə bağlı isə ABŞ açıq şəkildə bildirib ki, Tramp iqtisadi tərəfdaşlıq istəyir və yalnız atəşkəs olarsa, təminatlar barədə danışacaqlar.
Ağ Ev atəşkəsə nail olunmasına kömək edib-etməyəcəyindən əmin deyil. Məlumat mənbələri qeyd ediblər ki, Tramp Ukraynada rejim dəyişdirmək niyyətində deyil və Zelenskidən daha yaxşı lider tapılması ilə bağlı heç bir müzakirə aparılmayıb”, – deyə kanal bildirib./Musavat.com