• Bakı 14° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Putin ordu ilə bağlı fərman imzaladı

DÜNYA

31 Mart 2025 | 18:05

Putin ordu ilə bağlı fərman imzaladı

Rusiya prezidenti Vladimir Putin orduya yaz çağırışı ilə bağlı fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, fərmana əsasən, Putin bu ilin aprel-iyul aylarında 160 min nəfərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

    Bu ilin aprelin 1-dən iyulun 15-ə qədər yaşı 18-30 arası olan Rusiya vətəndaşları hərbi xidmətə çağırılacaqlar.

    Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, orduya yaz çağırışı xüsusi hərbi əməliyyatla bağlı deyil.

    Qeyd olunub ki, çağırışçılar Rusiya Silahlı Qüvvələri bölmələrinin Donetsk və Luqansk, Xerson və Zaporojye vilayətlərindəki (Ukraynanın Rusiyanın nəzarətində olan əraziləri-red) dislokasiya məntəqələrinə göndərilməyəcək.


    SON XƏBƏRLƏR

    01 Aprel 2025