İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaşayış ərazilərində kimyəvi çirklənmə olmayıb.
Bakıvaxtı.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.
Əlavə edib ki, qəza zonasında olan insanlar xüsusi maskalar taxmalıdırlar.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin aprelin 30-da keçirilən iclasında Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanındakı hadisə ilə əlaqədar vəziyyət müzakirə olunub. Hökumətə bununla bağlı hesabat təqdim edilib.
Fatimə Mühacirani bildirib ki, Prezident Məsud Pezeşkian gömrükdə malların yerləşdirilməsi proseslərinin yoxlanılması barədə göstəriş verib:
“Şəhid Rəcai limanı hadisədən bir gün sonra öz işinə başlayıb, gömrük işləyir və bu baxımdan heç bir problem yoxdur”.
Sözçü onu da deyib ki, yüklərin heç biri zərər çəkməyib.