• Bakı 18° C

    10.66 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Gürcüstanda müxalifət lideri həbs edildi

DÜNYA

30 May 2025 | 16:50

Gürcüstanda müxalifət lideri həbs edildi

Tbilisi Şəhər Məhkəməsi müxalif “Dəyişiklik üçün Koalisiya”nın lideri Nika Melianın barəsində həbs qərarı çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək Melianın girov müqabilində azadlığa buraxılması qərarını həbs-qətimkan tədbiri ilə əvəzləyib.

Qeyd edək ki, Nika Meliaya qarşı Gürcüstan Cinayət Məcəlləsinin “Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının çağırışına riayət etməmə” maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, Nika Melia ötən gün Tbilisidə Lisi gölü yaxınlığında polis tərəfindən saxlanılıb. Melianın mətbuat xidməti onun televiziya proqramında iştirak üçün yol gedərkən çox sayda polis əməkdaşı tərəfindən saxlanıldığını, mobil telefonunun əlindən alındığını bildirib.


SON XƏBƏRLƏR

31 May 2025