• Bakı 24° C

    7.1 m/s

İran ABŞ ilə razılaşma iddiasını təkzib edib

DÜNYA

30 May 2025 | 17:00

İran ABŞ ilə razılaşma iddiasını təkzib edib

İran tərəfi ABŞ ilə müvəqqəti razılaşma iddiasını təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

Bildirilib ki, İran tərəfi müvəqqəti razılaşma iddiasını təkzib edir və bu günə qədər nə ABŞ, nə də İran tərəfindən razılaşma təklifi irəli sürülməyib.

Növbəti danışıqların dəqiq zamanı və məkanı müəyyən edilməyib. Danışıqların zamanını vasitəçi ölkə olan Oman müəyyən etməlidir.

    Qeyd edək ki, İran və ABŞ nümayəndələri 23 may tarixində Romada İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üzrə beşinci dəfə danışıqlar aparıblar. Bu danışıqlarda vasitəçi kimi Oman çıxış edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026
    18 Sentyabr 2026