• Bakı 18° C

    10.66 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Cənubi Koreyada keçiriləcək seçkilərdə rekord: erkən səs verənlər var

DÜNYA

30 May 2025 | 16:24

Cənubi Koreyada keçiriləcək seçkilərdə rekord: erkən səs verənlər var

Cənubi Koreyada keçmiş prezident Yoon Suk Yeolun impiçmentindən sonra yeni prezidenti müəyyən edəcək iyunun 3-də keçiriləcək prezident seçkiləri ərəfəsində 12 milyondan çox seçici erkən səsvermədə iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb.

Milli Seçki Komissiyasının məlumatına görə, erkən səsvermənin son günündə yerli vaxtla saat 13:00-a olan məlumata görə, 12 milyondan çox seçici səsvermədə iştirak edib və 27,17 faiz iştirak nisbətinə nail olub.

Bu göstərici 2014-cü ildə tətbiq edilən erkən səsvermə sisteminin tarixində ən yüksək iştirak nisbəti kimi qeydə alınıb. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

31 May 2025