• Bakı 12° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

İsveçrə Aİ ilə sazişi referendumla təsdiqləyə bilər

DÜNYA

30 Aprel 2025 | 17:20

İsveçrə Aİ ilə sazişi referendumla təsdiqləyə bilər

İsveçrə hökuməti Avropa İttifaqı (Aİ) ilə imzalanması planlaşdırılan yeni əməkdaşlıq sazişinin xalqın istəyindən asılı olaraq referenduma çıxarılmasına dəstək verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Federal Şurasının rəsmi saytında yayımlanan bəyanatda bildirilib.

Məlumata görə, 2025-ci ilin mayında Bern şəhərində imzalanması gözlənilən saziş paketi İsveçrə və Aİ arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə yönəlib. Federal Şura 30 aprel 2025-ci il tarixində sazişin hazırlanma mərhələsi ilə bağlı yeni hesabat təqdim edib və sənədlərin fakultativ referendum mexanizmi ilə xalq səsverməsinə çıxarıla biləcəyini açıqlayıb.

Qeyd edək ki, İsveçrə və Aİ arasında bu sazişlə bağlı danışıqlar 2024-cü ilin martında başlanıb və dekabrda yekun razılaşma əldə olunub. Tərəflər səhiyyə, ərzaq təhlükəsizliyi, miqrasiya, əmək haqqının qorunması və İsveçrənin Aİ-nin mədəni və elmi proqramlarında iştirakı kimi sahələri əhatə edən kompleks razılaşmaya gəliblər.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR