• Bakı 18° C

    10.66 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Slovakiya Belarusla konstruktiv dialoqu bərpa edəcək

DÜNYA

30 May 2025 | 17:11

Slovakiya Belarusla konstruktiv dialoqu bərpa edəcək

Slovakiyanın Xarici İşlər Nazirliyi Belarusla konstruktiv dialoqu bərpa etmək niyyətində olduğunu açıqlayıb.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb.

Bildirilib ki, Slovakiyanın Belarusdakı yeni səfiri artıq 2016-2020-ci illərdə bu vəzifəni icra edən Yozef Miqaş olacaq. O, diplomatik karyerasının bir hissəsi kimi Şərqi Avropa ölkələrində ixtisaslaşıb və postsovet məkanında təkcə Slovakiyanın Belarusdakı səfiri kimi deyil, həm də Rusiya və Ukrayna səfirliklərinin rəhbəri kimi uzun illər təcrübə qazanıb.

"Slovakiya dünyanın bütün ölkələri ilə praqmatik əməkdaşlıqda maraqlıdır. Buna görə də biz Belarus tərəfi ilə həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli səviyyədə konstruktiv dialoqu bərpa etmək istəyirik. Bu gün ilk nəticələrə nail olmaq üçün diplomatiyaya, dialoqa və danışıqlara yer vermək lazımdır. Belarus Slovakiyanın iqtisadi və siyasi tərəfdaşıdır. Slovakiya ticarət, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində əsas əməkdaşlığı inkişaf etdirə bilər", - bəyanatda vurğulanıb.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

31 May 2025