• Bakı 12° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Kreml: Moskva birbaşa danışıqlara hazırdır

DÜNYA

30 Aprel 2025 | 16:16

Kreml: Moskva birbaşa danışıqlara hazırdır

Kremlin sözçüsü Dmitri Peskov mətbuat nümayəndələrinə açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Peskov ABŞ-nin iki ölkə arasındakı münaqişəni sona çatdırmaq üçün göstərdiyi səylərin uğurlu olacağına ümid etdiklərini və Rusiya prezidenti Vladimir Putinin təkliflərə açıq olduğunu bildirib.

"Biz başa düşürük ki, Vaşinqton bu prosesdə tez uğur əldə etmək istəyir. Lakin eyni zamanda başa düşürük ki, Ukrayna böhranının kök səbəbləri bir gecədə həll oluna bilməyəcək qədər mürəkkəbdir. Nəzərə alınmalı olan bir çox nüanslar var", - Peskov bildirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR