• Bakı --1° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

NATO-dan Zelenskiyə: Trampla münasibətləri bərpa et!

DÜNYA

01 Mart 2025 | 20:14

NATO-dan Zelenskiyə: Trampla münasibətləri bərpa et!

Mən Prezident Vladimir Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırıram və onların mübahisəsini “təəssüf doğuran" hesab edirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.

“Ukrayna mütləq Tramp administrasiyası ilə münasibətləri normallaşdırmağın yolunu tapmalıdır", - baş katib bildirib.

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.

Bunun ardınca Avropa liderləri, o cümlədən Kanada Baş naziri Trüdo Zelenskiyə birmənalı dəstək veriblər./axar.az


SON XƏBƏRLƏR