• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Xalq artisti reanimasiyadan xüsusi palataya köçürüldü

MƏDƏNİYYƏT

30 Yanvar 2025 | 18:48

Xalq artisti reanimasiyadan xüsusi palataya köçürüldü

İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan çıxarılaraq xüsusi palataya köçürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, Ənvər Həsənovun vəziyyəti stabildir.

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülsə də, yanvarın 21-də isə aktyorun vəziyyəti yenidən pisləşib. Həkimlərin qərarı ilə onun müalicəsi reanimasiyaya şöbəsində davam etdirilib.


SON XƏBƏRLƏR

30 Yanvar 2025