“Qarabağa qayıdış və böyük qayıdış dövlət proqramı çərçivəsində tarixi abidələrimizin bərpası istiqamətində ciddi addımlar həyata keçirilir, çoxsaylı layihələr icra olunur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
Onun sözlərinə görə, tarixi abidələrin həm inventarlaşdırılması prosesi həyata keçirilib, həm də onların bərpası artıq başlanılıb.
Nəzərə çatdırıb ki, bir çox tarixi abidələr Qarabağda, Şərqi Zəngəzurda bərpa olunmaqdadır.
Mina Mikayılova
















