• Bakı 20° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Azərbaycan "Avroviziya"da nə vaxt çıxış edəcək? - SİYAHI

MƏDƏNİYYƏT

28 Mart 2025 | 09:20

Azərbaycan "Avroviziya"da nə vaxt çıxış edəcək? - SİYAHI

Azərbaycan “Avroviziya 2025”in birinci yarımfinalında 10 nömrə ilə çıxış edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb.

Eyni yarımfinalda Azərbaycanla yanaşı daha 15 ölkə - İslandiya, Polşa, Ukrayna, Albaniya, Norveç və digərləri çıxış edəcək.

Xatırladaq ki, “Avroviziya 2025” mayın 13-də (birinci yarımfinal), 15-də (ikinci yarımfinal) və 17-də (final) İsveçrənin Bazel şəhərində keçiriləcək.

Azərbaycan müsabiqədə "Run with U" mahnısı ilə təmsil olunacaq. Mahnının müəllifləri Həsən Heydər, Roman Zilianev və Asəf Mişiyevdir, ifaçı isə Mamagama qrupudur.


Azərbaycan "Avroviziya"da nə vaxt çıxış edəcək? - SİYAHIAzərbaycan "Avroviziya"da nə vaxt çıxış edəcək? - SİYAHI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026