• Bakı 19° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

1965-ci ildə çəkilən film 60 ildən sonra təqdim olundu - VİDEO

MƏDƏNİYYƏT

23 Aprel 2025 | 10:59

1965-ci ildə çəkilən film 60 ildən sonra təqdim olundu - VİDEO

1965-ci ildə çəkilən “Dəniz” sənədli filmi 60 ildən sonra təqdim ediləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Film 2023-cü ildə Oqtay Mirqasımovun 80 illik yubileyi ərəfəsində Azərbaycan Dövlət Film Fondu tərəfindən rəqəmsallaşdırılaraq elektron bərpa olunub.

Diktor mətni yoxdur, danışan dənizdir. Kinooçerkdə dənizin həyatımızdakı önəmli rolundan bəhs edilir.  

Xəzər dənizinin sərvətlərindən lirik planda söhbət açılır, orada çalışan insanların cəsurluğu və romantik əməyi tərənnüm olunur.

Filmin rejissoru Oqtay Mirqasımov, ssenari müəllifləri Anar və Maqsud İbrahimbəyov, operatorları Zaur Məhərrəmov, Tofiq Sultanov və Boris Vlasov, bəstəkarı Emin Sabitoğludur.  Məxsusi həmin film üçün yazılmış, sözləri Vaqif Səmədoğluna məxsus eyniadlı mahnını Anatollu Qəniyev ifa edir.

 


SON XƏBƏRLƏR