Mədəniyyət Nazirliyinə məxsus "Mozalan Studiyası" MMC-yə yeni direktor təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu, Rəşad Cəfərovdur.
O, studiyanın rəhbərliyində Əli-Səttar Quliyevi əvəz edib.
Xatırladaq ki, "Mozalan Studiyası" kommersiya qurumu kimi 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət süjetlər, sənədli və bədii filmlər istehsal edir.
Qeyd edək ki, Rəşad Cəfərov uzun müddət İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışıb, bundan əvvəl isə "Təhsil TV" MMC-nin direktoru olub.