• Bakı 16° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

İstanbulda “Azərbaycan kinosu günləri” keçirilib - FOTOLAR

MƏDƏNİYYƏT

14 May 2025 | 19:33

İstanbulda “Azərbaycan kinosu günləri” keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə İstanbulda “Azərbaycan kinosu günləri” keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

12-14 may tarixlərini əhatə edən layihə çərçivəsində Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə son illərdə istehsal olunan filmlər nümayiş etdirilib.

Kino günlərinin açılış mərasimində çıxış edən AMM-in direktoru Samir Abbasov deyib ki, layihə üzrə Bahçeşehir Universiteti, İstanbul Universiteti və "Atlas" kinoteatrında müvafiq olaraq Elxan Cəfərovun “Cənnət yuxusu”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləri türkiyəli kinosevərlərə təqdim olunub. 

Qardaş ölkənin tanınmış kino xadimlərinin də izlədiyi hər üç film maraqla qarşılanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsinin rəsmiləri ilə görüşü olub, əməkdaşlıq barədə müzakirələr aparılıb.


SON XƏBƏRLƏR