• Bakı 18° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycancanlı aktrisanın baş rolda olduğu tamaşanın İzmirdə premyerası keçirildi - FOTOLAR 

MƏDƏNİYYƏT

22 Mart 2025 | 12:02

Azərbaycancanlı aktrisanın baş rolda olduğu tamaşanın İzmirdə premyerası keçirildi - FOTOLAR 

İzmirin Han Teatrı teatrsevərlərin qarsısına yeni səhnə əsəri ilə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, teatr bu dəfə Molyerin "Tartuffe" əsərinə müraciət edib.

Sevindirici haldır ki, Rüchan Gurelin səhnə quruluşu verdiyi əsərdə İzmirdə yaşayan azərbaycanlı aktrisa Roza İbadova Kocamaz da rol alıb. Həmyerlimiz səhnədə Mariane obrazını canlandırıb.

Premyera anşlaqla keçib.

Teatrdan bildirilib ki, Roza İbadova Kocamazın da səhnəyə cıxmasi "bir millət - iki dövlət" olaraq teatrlar arasında birlik və həmrəyliyə bundan sonra da təkan verəcək.

Qeyd edək ki, İzmirin ən köklü özəl teatrı olan Han Teatrı 2007-ci ildə qurulub.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

30 Mart 2025