• Bakı 17° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Möylə Mirzəliyev bu gün əməliyyat ediləcək

MƏDƏNİYYƏT

18 Mart 2025 | 13:17

Möylə Mirzəliyev bu gün əməliyyat ediləcək

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bu gün əməliyyat ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, Yeni Klinikadan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, aktyorun vəziyyəti ağır olaraq qalır:

“Xəstənin tənəffüs çatışmazlığı səbəbi ilə süni tənəffüs dəstəkli müalicəsinin davam edilməsi üçün traxeostomiya (ağciyərin hava ilə təmin olunması üçün traxeyanın deşilməsi üçün cərrahi əməliyyat) əməliyyatı icra olunacaq”, - sorğuya cavabda vurğulanıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəyev bir müddət əvvəl özəl tibb müəssisələrinin birində əməliyyat olunub.

Əməliyyatdan sonra aktyorda yuxarı və aşağı ətrafların iflici qeydə alınıb və o uzun müddət digər tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.

Vəziyyəti daha da ağırlaşdıqdan sonra Yeni Klinikaya yerləşdirilib.


SON XƏBƏRLƏR