• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Avropa "Ukraynada güc yolu ilə sülh haqqında" qətnamə qəbul edib

SİYASƏT

30 Yanvar 2025 | 16:49

Avropa Ukraynada güc yolu ilə sülh haqqında qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Ukraynada güc vasitəsilə sülhə nail olmaq haqqında" qətnamə qəbul edib. 

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, AŞPA-nın 86 nümayəndəsi müvafiq qərarın lehinə səs verib, heç kim onun əleyhinə çıxış etməyib, 6 nümayəndə isə bitərəf qalıb.

Qeyd edək ki, bundan əvvəl "Avropanın Ukraynada ədalətli və davamlı sülhə sadiqliyi" adlı qətnamə üzərində işləyərkən Rada deputatları Rusiya liderinin "terrorçu" kimi tanınması ilə bağlı düzəliş təklif ediblər. Lakin AŞPA Ukrayna nümayəndələrinə Rusiya prezidenti Vladimir Putini "terrorçu" adlandıran redaktəni qeydə almağa icazə verməmişdi. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

30 Yanvar 2025