Türkiyə Super Liqası komandalarından "Fənərbaxça" heyətini gücləndirməyə davam edir.
Bakıvaxtı.az xəbər veriri ki, daha əvvəl "Fənərbaxça"ya transferi açıqlanan 29 yaşlı slovakiyalı müdafiəçi Milan Şkriniar ilə rəsmi müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi mövsümün sonuna kimi icarə əsasında "sarı-lacivərdlilər"in şərəfini qoruyacaq.
Xatırladaq ki, bir müddət əvvəl "Fənər" "Aston Villa"dan Dieqo Karlosu və "Əl-Nəssr"dən Anderson Talişkanı heyətinə qatmışdı.
Qeyd edək ki, Şkriniar bu mövsüm PSJ-nin heyətində 5 matçda iştirak edib.