• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Şəbəkəyə qoşulma prosedurları üzrə mərhələlər optimallaşdırılıb 

CƏMİYYƏT

30 Yanvar 2025 | 15:46

Şəbəkəyə qoşulma prosedurları üzrə mərhələlər optimallaşdırılıb 

“Həyata keçirilən tədbirlər nəticəsində informasiya sistemlərinin təkmilləşdirilməsi və yeni həll yollarının tətbiqi ilə şəbəkəyə qoşulma prosedurları üzrə mərhələlər optimallaşdırılıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Su şəbəkəsinə qoşulma” işçi qrupunun iclasında İnformasiya Texnologiyalarının Təşkili və Tətbiqi İdarəsinin rəis müavini Rüfət Atakişiyev deyib.

Onun sözlərinə görə, prosedurların 30 təqvim günündə icrası nəzərdə tutulub:

“İlk 10 gün müraciətin qəbulu və sənədlərin yoxlanılması, növbəti 2 gün ərzində Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyətlərinə trassların alınması üçün müraciət, sonrakı 3 gün dövlət qurumları ilə trassanın razılaşdırılması, növbəti 1 gün texniki şərtin və müqavilənin hazırlanması, yerdə qalan günlər isə müqavilələrin müraciətçiyə çatdırılması və ödənişin alınması üçün ayrılıb”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 Yanvar 2025