İKT üzrə ekspert, kibertəhlükəsizlik sahəsində azsaylı peşəkar mütəxəssislərdən olan İlqar Əliyev 4 il azadlıqdan məhrum edilib.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, istintaq altında olan İ.Əliyevin məhkəməsi bir neçə gün öncə başa çatıb:
“Bildiyim qədər o qanunsuz narkotik maddə daşıması ittihamı ilə 4 il azadlıqdan məhrum edilib”.
Qeyd edək ki, ekspert 2023-cü ilin dekabrında saxlanılıb.