• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Abbas Əraqçi: "İran dialoqa üstünlük verir"

DÜNYA

30 Yanvar 2025 | 16:39

Abbas Əraqçi: İran dialoqa üstünlük verir

"Tehran problemlərin həlli üçün dialoq və qarşılıqlı fəaliyyət siyasətinə sadiqdir".

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu polşalı həmkarı Radoslav Sikorski ilə  telefon danışığında İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Məlumata görə, nazirlər bir sıra ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Əraçi Polşanı Avropa Birliyinə sədrliyi qəbul etməsi münasibətilə təbrik edib və Polşanın səlahiyyət müddəti ərzində İran və Aİ arasında konstruktiv iş birliyinə ümid etdiyini bildirib.

İran və Avropa üçlüyü arasında davam edən danışıqlara işarə edən Əraqçi, İranın bütün ssenarilərə tam hazır olmaqla yanaşı, məsələlərin həllində dialoqa əsaslanan və interaktiv yanaşmaya sadiq olduğunu vurğulayıb.

Polşanın xarici işlər naziri öz növbəsində 550 illik diplomatik əlaqələrin tarixini, İran və Polşa arasında bir əsrlik dostluq müqaviləsini dostluq əlaqələrinin təməli kimi dəyərləndirib.

Sikorski həmçinin İran və Aİ arasında həll edilməmiş məsələlərin, o cümlədən nüvə probleminin həlli ilə bağlı nikbinliyini ifadə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

30 Yanvar 2025