• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Bakını tıxacdan necə qurtaraq? - Ekspertlər NƏ TƏKLİF EDİR?

CƏMİYYƏT

30 Yanvar 2025 | 15:15

Bakını tıxacdan necə qurtaraq? - Ekspertlər NƏ TƏKLİF EDİR?

Xəbər verdiyimiz kimi, yanvarın 28-də prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə,  dövlətimizin başçısı diqqətə çatdırıb ki, Bakı şəhərində və onun ətrafında yerləşən ərazilərdə yeni dövlət proqramının qəbul edilməsi zəruridir:

“Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri biz müzakirə edək və bizə təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Bəlkə biz nəyi isə bu proqrama salmamışıq. Yəni yerlərdən də gələn təkliflər nəzərə alınacaqdır”.

Bakıvaxtı.az "Bakını tıxacdan necə xilas edək" sualı ilə nəqliyyat ekspertlərinə müraciət edib.

Aslan Əsədov: Bakı-Sumqayıt-Bakı yoluna alternativ “Yeni yol” layihəsini təqdim etmişəm

Nəqliyyat məsələləri üzrə eskpert Aslan Əsədov Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, o bu barədə Bakı-Sumqayıt-Bakı yoluna alternativ “Yeni yol” layihəsini təqdim edib. Layihə 3 mərhələdən ibarətdir:

“1-ci mərhələdə Binəqədi rayonu 9 mikrorayon ərazisində tikintisi aparılacaq tunel və ya dolayı yol çəkilişi nəzərdə tutulub. Bu, Abşeron rayonu Masazır, Saray qəsəbələrini, Binəqədi rayonu Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcəkdir. 2-ci mərhələ üzrə küçələrin genişləndirilməsi, ərazi üzrə yaşayış və qeyri-yaşayış evlərinin satın alınması və plana düșəcək yaşayış və ya qeyri-yaşayış sahələrinin təyin edilməsi və sökülməsi işləri nəzərdə tutulub. 3-cü mərhələ isə yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi və təyini ilə bağlıdır”.

Ekspert deyib ki, ilkin mərhələdə yolun 2 gediş, 2 gəliş olmaqla, 4 zolaqlı olması, perespektivdə isə 8 zolağadək genişləndirilməsi mümkün ola bilər. Layihənin icra müddəti 3 il planlaşdırılıb.

A.Əsədov qeyd edib ki, təklif etdiyi “Yeni yol” layihəsi çərçivəsində həyata keçirilməsi planlaşdırılan məsələlərin əhali üçün bir sıra üstünlükləri olacaq:

“Yeni yol çəkilərsə, ərazidə Biləcəri, Binəqədi, Novxanı, Masazır ərazisində mənzil qiymətləri dəyişəcək, torpaq və yaşayış sahələrinin qiymətləri bahalaşacaq. Bundan əlavə ərazidə məşğulluq artacaq, yeni iş yerləri açılacaq, kanalizasiya, içməli su, internet və s. kimi sosial layihələrin tipik həllərində sıçrayış olacaq. Həmçinin layihə Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığını təmin edəcək, kanat, funklyor inşası ilə ərazidə şəhər turizminin inkişafı və turizmin digər elementlərini bariz göstərəcək. Yeni marşrut xətlərinin çəkilməsi həm də ərazidə sərnişindaşımanın rahatlılığına zəmin yaradacaq. Ərazidə yerləşən Biləcəri dəmiryolu stansiyasının əhəmiyyəti artacaq, digər şəhər və rayonlara gediş-gəlişi asanlaşdıracaq”.

Elməddin Muradlı: Bölgələrdə iş yerləri açılmalıdır ki, orda yaşayan əhali işləmək üçün Bakıya üz tutmasın

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da Bakıvaxtı.az-a bildirib ki, ictimai nəqliyyatın inkşafı, dəmiryolunun inkşafı çox vacibdir:

"Prezident İlham Əliyevin də vurğuladığı ki, metro stansiyaların, Sumqayıt, Xırdalan ərazilərinə gediş-gəlişin asanlaşdırılması üçün nəqliyyat vasitələrinin artırılması mütləqdir. Mərhələli şəkildə bunların hər biri həll olunacaq. Əsas problemlərdən biri işləyən insanların 30-40%-i ictimati nəqliyyatdan istifadə edir, qalan hissəsi isə şəxsi avtomobillərə üstünlük verir. İctimai nəqliyyatın inkşafının əsas məqsədlərindən biri də, işə gedən insanların böyük əksəriyyətinin ictimai nəqliyyatdan istifadə etməyə sövq etməkdir".

E.Muradlı əsas hədəf kimi təklif edir ki, bölgələrdə iş yerləri təkmilləşdirilsin, çoxaldılsın ki, oradan insanlar işləmək üçün Bakıya üz tutmasınlar.

Yasin Mustafayev: İctimai nəqliyyatın işini optimallaşdırmaq, metro stansiyalarının sayını artırmaq lazımdır

Mövzu ilə bağlı nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev də Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, müşavirədə paytaxtın hansı istiqamətində nə qədər nəqliyyat vasitələrinin hərəkət etdiyi statistikasını gördük. Eyni zamanda Bakı şəhərinin rəqəmsal əksi, yəni elektron xəritəsi tərtib edilib. Bunlar hamısı çıxış yolunu təyin etmək üçün yaxşı vasitələrdir:

"Mən də eynilə düşünürəm ki, ictimai nəqliyyatın işini optimallaşdırmaq lazımdır, metro stansiyalarının sayını artırmaq, avtobus zolaqlarını təkmilləşdirmək, artırmaq, həmçinin velosiped zolaqlarını da artırmaq lazımdır. Bununla yanaşı, səkilərin sayının artırmalı, dağılan, sökülən səkiləri bərpa etmək də vacib məsələlərdən biridir".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

30 Yanvar 2025