• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

İrəvan Bakının layihəsinə qoşulmaq istəyir

DÜNYA

30 Yanvar 2025 | 19:22

İrəvan Bakının layihəsinə qoşulmaq istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmağa hazır olduğunu bildirib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə o, Ermənistan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunlarına dair gürcüstanlı həmkarı İrakli Kobaхidze ilə keçirilən birgə mətbuat konfransında deyib.

O, regional və regional olmayan layihələrdə inklüzivliyin təmin edilməsinin vacibliyini qeyd edib:

“Bu kontekstdə Ermənistanın Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmaqda maraqlı və hazır olduğunu vurğulayırıq".

Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar. Bu xətt Azərbaycanda istehsal olunan elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub.


SON XƏBƏRLƏR

30 Yanvar 2025