• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Baş nazir: Norveç Ukraynaya maliyyə yardımını artıracaq

DÜNYA

01 Mart 2025 | 17:35 | Müəllif: Gülşən Şərif

Baş nazir: Norveç Ukraynaya maliyyə yardımını artıracaq

 Norveç Ukraynaya maliyyə yardımını artırmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe NRK ictimai televiziya kanalına müsahibəsində bildirib.

“Bu gün deyə bilərəm ki, yaxın gələcəkdə biz Ukraynaya dəstəyi artırmaq üçün parlamentə təklif göndərəcəyik”, - o deyib.

Qeyd edək ki, ötən ilin sonunda Norveç parlamenti 2025-ci ildə Ukraynaya hərbi və mülki dəstək üçün 35 milyard Norveç kronu (3,12 milyard ABŞ dolları) ayırmağa razılaşıb. Ümumilikdə Norveç 2023-2030-cu illər arasında bu məqsədlə 155 milyard kron xərcləməyi planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026