Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 30-dan çox insan həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xilasetmə işlərinin gedişatı ilə tanış olan iki mənbə “NBC Washington” telekanalına məlumat verib.
***
09:17
Hərbi helikopterlə toqquşan sərnişin təyyarəsinin düşdüyü Vaşinqtondakı çaydan 19 nəfərin meyiti çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BNO News informasiya portalı məlumat verib.
***
08:59
Amerikada təyyarə helikopterlə toqquşub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Virciniya ştatında Ronald Reyqan hava limanı yaxınlığında uçuş-enmə zolağına qeydə alınıb.
Məlumatına görə, təyyarə hava limanı yanında Potomak çayına düşüb. Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. O, hərbi helikopterlə toqquşub.
Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
Ağ evin mətbuat katibi Kerolayn Livitt Prezident Donald Trampın Vaşinqtonun Reyqan hava limanı yaxınlığında hərbi helikopter və təyyarənin toqquşması ilə bağlı məlumatlandırıldığını təsdiqləyib.
ABŞ müdafiə departamenti rəsmisinin dediyinə görə, sərnişin təyyarəsi ilə toqquşan ABŞ ordusuna məxsus “Black Hawk” helikopterində üç nəfər ekipaj üzvü olub. Helikopter yüksəkrütbəli şəxsi daşımayıb. Qeyd olunur ki, yüksəkrütbəli ordu rəsmiləri adətən Vaşinqtona “Black Hawk” helikopterində gəlirlər.
Reyqan Hava limanı yaxınlığında təyyarə ilə helikopterin toqquşması nəticəsində hələ ki sağ kiminsə tapılmadığı bildirilir.
Vəziyyətlə bağlı danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, xilasedicilər cəsədləri sudan çıxarıb və onları “ Frederik Duqlas” xatirə körpüsü yaxınlığındakı polis departamentinin hava dəstəyi bazasına gətirirlər. O, dəqiq sayı açıqlamayıb. Rəsmi şəxs qeyd edib ki, yerli vaxtla saat 22:30-a olan məlumata əsasən uğurlu xilasetmə işi baş tutmayıb, yəni sağ heç kim tapılmayıb.