• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Ürək xəstəlikləri soyuq aylarda niyə kəskinləşir? - Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR

CƏMİYYƏT

30 Yanvar 2025 | 13:07

Ürək xəstəlikləri soyuq aylarda niyə kəskinləşir? - Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR

Soyuq və şaxtalı havalar ürək-damar xəstəlikləri olan pasiyentlər üçün əlverişsiz və təhlükəli sayılır.

Bəs ürək xəstəliklərinin soyuq aylarda niyə kəskinləşir?

Həkim-mütəxəssis, kardioloq Emil Hasilov Bakıvaxtı.az-a deyib ki, ölkəmiz ürək-damar xəstəliklərinin statistikasına görə dünyada üst sıralarda yer alır. Bunun səbəbi yaşadığımız coğrafiyada ürək xəstəliklərinə genetik meylin populyasiyada daha çox yayılmasıdır.

Onun sözlərinə görə, soyuq aylarda periferik damarlar (dəri, aşağı və yuxarı ətrafların damarları) soyuğun təsirindən daralır və bu da bədəndə dövr edən qanın həcminin böyük damarlarda artmasına səbəb olur. Bu da öz növbəsində arterial təzyiq xəstələrində təzyiqin yüksəlməsinə, ürək xəstələrində ürəyin üstünə düşən yükün artmasına və nəticə etibarı ilə kəskin hadisələrin (hipertonik krizlər, miokard infarktı və insult) artmasına zəmin yaradır.

Müsahibimiz qeyd edib ki, bundan əlavə, soyuq aylarda bəzi xəstələrin gündəlik fiziki aktivliyi daha da azalır, daha çox enerjili qidalara, duzlu qidalara üstünlük verilir ki, bu da öz növbəsində soyuq aylarda ürək xəstələrinə, arterial təzyiqi yüksək olan və bu xəstəliyə meylli olan insanlara ciddi təsirini göstərmiş olur.

Emil Hasilov, həkim-mütəxəssis, kardioloq

Bundan əlavə soyuq aylarda rast gəlinən mövsümi virus infeksiyaları fonunda da qanın reoloji xüsusiyyətləri (laxtalanma) dəyişir, bu da tromboz hadisələrini belə xəstələrdə artırır.

“Buna görə də ürək-damar xəstələri mütləq şəkildə soyuq aylarda profilaktik müayinədən keçməli və qəbul etdikləri dərmanları axsatmamalıdırlar”, - detə Emil Hasilıov vurğulayıb.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

30 Yanvar 2025