Tayvanın cənub-qərbindəki Çiayi əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Meteorologiya Bürosu (CWA) məlumat yayıb.
Yeraltı təkanların Çiayi mərkəzindən 40,5 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Əli Hüseynov