Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev ömürlük futboldan uzaqlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, son klubu "Şamaxı" olmuş 31 yaşlı müdafiəçi danışılmış oyunlarda iştirakına görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Qeyd edək ki, Adil Nağıyev bir matçda Azərbaycanın əsas millisinin formasını geyinib.