Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal əldə edib.
Bakıvaxtı.az xəbər verir ki, 22 yaşlı idmançı finalda Beynəlxalq Cüdo Federasiyasını təmsil edən rusiyalı Ayub Bliyevlə üz-üzə gəlib.
Rəqibini uduzan T.Bayramov ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 2-də başa çatacaq.