• Bakı 14° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

İngiltərə Premyer Liqasının yeddi klubu fransalı hücumçu ilə maraqlanır

İDMAN

29 Mart 2025 | 16:50

İngiltərə Premyer Liqasının yeddi klubu fransalı hücumçu ilə maraqlanır

İngiltərənin yeddi klubu Fransa təmsilçisi "Lill"də çıxış edən Conatan Devidlə maraqlanır.

Bakıvaxtı.az "The i Paper"ə istinadən xəbər verir ki, bunlar "Nyukasl", "Tottenhem", "Vest Hem", "Arsenal", "Çelsi", "Mançester Yunayted" və "Liverpul"dur.

Premyer Liqa komandalarının hamısı 25 yaşlı hücumçunun nümayəndələri ilə əlaqə saxlayıb.

İspaniyanın "Barselona", "Atletiko", İtaliyanın "İnter" və "Yuventus" klubları da fransalı forvardı izləyirlər.

Qeyd edək kİ, Conatan Devidin "Lill" ilə müqaviləsinin müddəti yayda başa çatacaq. O, cari mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 23 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


SON XƏBƏRLƏR

31 Mart 2025