• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Sülh sazişi bu il imzalanacaq? - 30 illik münaqişədən sonra münasibətlərin normallaşması üçün…

SİYASƏT

30 Yanvar 2025 | 14:44

Sülh sazişi bu il imzalanacaq? - 30 illik münaqişədən sonra münasibətlərin normallaşması üçün…

"Ermənistanın baş naziri Nikol Paşinyan populistdir. Bu gün hansı ifadə, şüar daha çox diqqəti cəlb edirsə, baş nazir onu səsləndirir. Hətta elə məsələ olur ki, Paşinyan bir-iki gün əvvəl dediyini təkzib edir, tam ziddiyyətli fikir söyləyir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Deputat bildirib ki, təxminən 30 il Ermənistanla münaqişə şəraitində yaşamışıq:

"Münaqişədən qalib çıxdıq, ərazi bütövlüyümüzü təmin etdik, suverenliyimiz bərpa olundu. Sülh müqaviləsinin imzalanması bu münaqişə səhifəsini birdəfəlik bağlayacağıq. Bu baxımdan sülh sazişinin imzalanması vacibdir. Ancaq belə mühüm bir sazişi tələm-tələsik imzalamaq olmaz. İrəvan tez zamanda yarımçıq sülh sazişinin imzalanmasını istəyir, buna çalışır. Məgər sülh sazişinə imza atılandan sonra Ermənistan-Azərbaycan arasında normal münasibət formalaşacaq? İnanmıram. 30 illik münaqişədən sonra münasibətlərin normallaşması üçün azı 10-15 il zaman lazımdır”.

“Nədənsə başlamaq lazımdır” deyən Musabəyov hesab edir ki, sülh sazişinin imzalanması da prosesin başlanğıcı ola bilər. Onun sözlərinə görə, Türkiyə də Ermənistanla münasibətləri normallaşdırmaq, sərhədləri açmaq istəyir:

“Ancaq ən yaxın müttəfiqimiz olaraq Ankara da deyir ki, bu addımlar Azərbaycanla sülh sazişinin imzalanmasından sonra mümkündür".

Rasım Musabəyov: Türkiyə də Ermənistanla münasibətləri normallaşdırmaq, sərhədləri açmaq istəyir

Həmsöhbətimiz vurğulayıb ki, əslində erməni tərəfi üçün də Azərbaycanla sülh sazişinin imzalanması ciddi önəm kəsb etmir:

"Bu sənəd İrəvana Türkiyə ilə sərhədləri açmaq, əlaqələri bərpa etmək üçün lazımdır. Çünki Ermənistanın Avropaya, Qərbə inteqrasiyası da Türkiyə üzərindən, Türkiyə ilə normal münasibətlərin qurulmasından sonra mümkündür”.

“Hər bir halda Bakı İrəvanla sülh müqaviləsi imzalamaqdan imtina etmir. Hazırda bu sənəd üzərində ikitərəfli müzakirələr, danışıqlar gedir. Proses bir müddət, bir neçə ay, yaxud il çəkə bilər. Sərhədlərin müəyyənləşməsi prosesi də gedir", - deyə Rasım Musabəyov qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

30 Yanvar 2025