• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Avropa kino xadimləri qlobal texnologiya nəhənglərinə qarşı birləşir

CƏMİYYƏT

30 Yanvar 2025 | 15:30

Avropa kino xadimləri qlobal texnologiya nəhənglərinə qarşı birləşir

Avropanın kino sənayesində tanınmış bir qrup şəxsiyyət, Donald Trampın seçkilərdə qalib gəlməsi və Mark Zukerberq, Ceff Bezos və İlon Mask kimi milyarderlərin onun yeni administrasiyasına dəstək verməsindən sonra qlobal texnologiya platformalarının daha ciddi nəzarət altına alınması çağırışlarına qoşulub.

Bakıvaxtı.az xarici mənbələrə istinadən xəbər verir ki, “Demokratiyanı texnologiya nəhənglərindən qoruyaq” adlı onlayn petisiya Avropanın kino sənayesində fəaliyyət göstərən mindən çox mütəxəssisin, o cümlədən Oskar mükafatçıları Juliett Binoş və Folker Şlöndorff, “Qızıl palma budağı” mükafatını iki dəfə qazanan Jan-Pyer və Lyuk Dardennanın imzasını toplayıb.

Sənəddə Avropa qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyi iddia edilən müxtəlif rəqəmsal platformalar, o cümlədən İlon Maskın “X” və Mark Zukerberqin “Meta” şirkətləri qeyd olunub. Həmçinin Çin mənşəli “TikTok” platformasında məlumat təhlükəsizliyi ilə bağlı problemlərin mövcud olduğu, Pavel Durovun “Telegram” xidmətində isə qeyri-qanuni məzmunun yayılması məsələsi vurğulanıb.

Petisiyada bildirilir ki, yalnız genişmiqyaslı ictimai səfərbərlik Avropa vətəndaşları üçün ədalətli, balanslaşdırılmış və təhlükəsiz rəqəmsal tənzimləməni təmin edə bilər. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

30 Yanvar 2025