• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Azərbaycandakı kredit ittifaqları ötən ili mənfəətlə bitiriblər

İQTİSADİYYAT

30 Yanvar 2025 | 14:55

Azərbaycandakı kredit ittifaqları ötən ili mənfəətlə bitiriblər

2024-cü ildə Azərbaycandakı kredit ittifaqları 80 min manat xalis mənfəət əldə ediblər.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ildə kredit ittifaqları 250 min manat xalis zərər etmişdilər.

    Ötən il ərzində kredit ittifaqlarının xalis faiz gəlirləri 1 milyon 800 min manat (illik müqayisədə 5.3% az), əməliyyat mənfəətləri isə 900 min manat ( illik müayisədə 10% az) təşkil edib.

    2025-ci ilin yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 3,1% və ya 400 min manat azalaraq 12,6 milyon manata bərabər olub. Bunun 10,6 milyon manatı və ya 84.1%-i müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,6% kiçilib.

    Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 20% və ya 700 min manat azalaraq 2.8 milyon manata, balans kapitalı isə 3,2% və ya 300 min manat artaraq 9,8 milyon bərabər olub.


    SON XƏBƏRLƏR

    30 Yanvar 2025