İstanbulda saxta spirtli içkidən ölən Özbəkistan vətəndaşlarının sayı 23 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.
"Türkiyədə saxta spirtli içkidən zəhərlənən Özbəkistan vətəndaşlarının sayı 23 nəfərə çatıb. Onlardan ikisi qadındır. Bütün meyitlər Özbəkistana göndərilib", - Baş konsulluğun mətbuat xidmətinin teleqram kanalında bildirilib.