Qarşıdakı illərdə bir sıra dəmiryol xətləri bərpa ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.
Dövlət Proqramına əsasən, 2026−2028-ci illər ərzində Bakıxanov−Binə−Qala xəttinin bərpası, 2028−2030-cu illər ərzində Zabrat−Maştağa−Bağlar xəttinin bərpası, 2026−2027-ci illər ərzində Yeni Suraxanı−Hövsan xəttinin bərpası, 2027−2029-cu illər ərzində Güzdək−Qaradağ xəttinin bərpası nəzərdə tutulub.