Yunanıstan sahilində 4,4 maqnitudalı zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda Avropa -Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri paytaxt Afina yaxınlığındakı Peristerion şəhərindən 51 km şimal-şərqdə olub. Yeraltı təkanlar yerli vaxtla 17:55-də qeydə alınıb, zəlzələ ocağı 16 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.