• Bakı 15° C

    2.5 m/s

Zelenskinin komandası Ağ Evi ağlayaraq tərk edib

DÜNYA

01 Mart 2025 | 21:57 | Müəllif: Subhan Mahmudov

Zelenskinin komandası Ağ Evi ağlayaraq tərk edib

Ukrayna prezidenti Voloadimir Zelenskinin komandasının üzvləri amerikalı liderin nümayəndələri onlardan Ağ Evi tərk etməyi xahiş etdikdə göz yaşlarına boğulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın müşaviri Mayk Vals CNN telekanalına müsahibəsində deyib.

"Zelenskinin komandası səfərin ləğv edilməsinin səbəblərini başa düşdü. Onun səfiri və müşaviri sövdələşmənin davam etməsini istəyirdilər. Lakin Zelenski hələ də münaqişənin davam etdirilməsi ilə bağlı mübahisə edirdi”.

Vals əlavə edib ki, o, Zelenskiyə Trampın hərbi münaqişənin həllinə yeni yanaşmasını, eləcə də Ukrayna ordusundakı problemləri xatırladıb. Trampın müşaviri əmindir ki, Ukrayna lideri danışıqlara münasibətini yenidən nəzərdən keçirməli olacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026